Türkiyə müdafiə naziri Hulusi Akar Rusiyadan alınan “S-400” hava hücumundan müdafiə sistemlərinin istifadə səlahiyyətinin kim tərəfində olduğunu açıqlayıb.
LEQAL.AZ-ın məlumatına görə, nazir Türkiyədə sistemi idarə edə biləcək mütəxəssislərin olduğunu bildirib.
“Təlim-tədris prosesində mütəxəssizlərimiz iştirak etdilər. Təlimlər istifadə etməyi öyrənmək səviyyəsində aparıldı. Özümüz istifadə edəcəyik. İstifadə etmək hüququ, istifadə məlumatı bizim personalımızda olacaq, idarəetmə bizim nəzarətimizdə olacaq”, – Akar qeyd edib.(konkret)