Dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialını gücləndirəcək

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialını gücləndirəcək
  • Cəmiyyət

  • Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə çıxışı ölkənin sənaye və iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısı çıxışında Azərbaycanın zəngin mineral ehtiyatlarından daha səmərəli istifadə olunmasının, xammalın ölkə daxilində emal edilərək yüksək əlavə dəyərli məhsullara çevrilməsinin vacibliyini vurğulayıb.

    Dövlət Proqramı çərçivəsində yeni yataqların istismara hazırlanması, mövcud istehsal güclərinin artırılması, müasir texnologiyaların tətbiqi və metallurgiya sənayesinin inkişafı nəzərdə tutulur. “Filizçay”, “Daşkəsən”, “Ortakənd” və “Söyüdlü” kimi yataqların iqtisadi dövriyyəyə cəlb edilməsi Azərbaycanın metal filizləri üzrə istehsal və emal imkanlarını genişləndirəcək.

    Proqramın həyata keçirilməsi yeni investisiyaların cəlb olunmasına, yeni iş yerlərinin yaradılmasına, regionların iqtisadi inkişafına və qeyri-neft sektorunun gücləndirilməsinə şərait yaradacaq. Eyni zamanda, metallurgiya məhsullarının istehsalının və ixracının artırılması ölkənin ixrac potensialının genişləndirilməsinə xidmət edəcək.

    Prezident İlham Əliyev çıxışında geoloji kəşfiyyat işlərinin genişləndirilməsinin, Qarabağ və Şərqi Zəngəzurun mineral resurs potensialının öyrənilməsinin və sənaye layihələrində ekoloji tələblərə ciddi əməl olunmasının vacibliyini də diqqətə çatdırıb.
    Ümumilikdə, 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı, təbii sərvətlərdən səmərəli istifadə edilməsi, əlavə dəyərin yaradılması və ölkənin sənaye potensialının daha da gücləndirilməsi istiqamətində mühüm addımdır.

    Aybəniz Novruzova, 
    Masallı RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi
    PAYLAŞ:

    Oxşar xəbərlər