"Milliyet": Qarabağda idarəçilik sistemi – səfərbərlik başladı

"Milliyet": Qarabağda idarəçilik sistemi – səfərbərlik başladı
  • Siyasət

  • Qarabağda dağıdılmış, yandırılmış dövlət idarələrinin bərpasına başlayan Azərbaycan hökuməti bir çox idarəyə artıq təyinatlar həyata heçirib. Beləliklə, şəhər, qəsəbə və kəndlərdə dövlət idarəçilik sisteminin yenidən qurulması istiqamətində genişmiqyaslı tədbirlərə start verilib.

    Sülh razılaşmasının imzalanmasından sonra Dağlıq Qarabağda geri qaytardığı mövqelərdə qalan Azərbaycan qüvvələri nəzarətin bərpa olunduğu yaşayış məntəqələrində idarəçilik sisteminin təmininə yönəlmiş tədbirləri sürətləndirib. dağıdılmış, yandırılmış dövlət idarələrinin bərpasına başlayan Azərbaycan hökuməti bir çox idarəyə artıq təyinatlar həyata heçirib. Kəlbəcər və Laçından erməni qüvvələrinin çıxarılması prosesi davam edir. Proses dekabrın 1-dək başa çatdırılmalıdır.

    Qarabağda sentyabrın 27-dən noyabrın 10-dək davam etmiş müharibədə böyük hərbi zəfər qazanmış Azərbaycan Ordusu, regionun mühüm mərkəzlərindən olan Ağdamdan sonra Kəlbəcər və Laçına nəzarəti tam pərpa etmək üçün günləri sayır. 10 noyabr razılaşmasına görə, Rusiya sülhməramlıları Kəlbəcər və Laçından erməni qüvvələrinin çıxarılmasını davam etdirir. Boşaldılmış ərazilərdə Azərbaycan Ordusu mövqe tutur. Proses dekabrın 1-dək yekunlaşmalıdır. Kəlbəcər və Laçının da Azərbaycana təslim edilməsilə, region üçün nəzərdə tutulmuş razılaşmanın böyük hissəsi təmin olunacaq.

    Səfərbərlik başladı

    Qarabağda Azərbaycanın nəzarətinə keçmiş şəhər, qəsəbə və kəndlərdə dövlət idarəçilik sisteminin yenidən qurulması istiqamətində genişmiqyaslı tədbirlərə start verilib. Azərbaycan hökuməti işğaldan azad olunmuş Füzuli, Ağdam, Şuşa, Cəbrayıl, Qubadlı, Zəngilanla yanaşı, təslim almağa hazırlaşdığı Kəlbəcər və Laçının da idarə olunması üçün dövlət qurumlarının formalaşdırılması istiqamətində səfərbərliyə başlayıb. Regionda ən ilkin mərhələdə həll edilməli problemlərin aradan qaldırılması üçün müvəqqəti idarələr yaradılıb.

    Yaxın vaxtlarda Dağlıq Qarabağda miqyaslı tikinti işlərinə başlanacağı gözlənilir.

    Ağdama yol

    Ağdama nəzarəti tam bərpa etmiş Bakı artıq bölgənin yollarını bərpa edəcək briqadaları oraya göndərir. Yeni yolların tikintisilə bərabər, əsas şosseyə nəzarət məntəqələri də yaradılacaq.

    Mehmetcik hazırdır

    Türkiyə Müdafiə Nazirliyi bəyan edib ki, bu bölgədə Rusiya ilə birgə mərkəzdə xidmət göstərəcək hərbçilər Azərbaycana yola salınmaq üçün hazır vəziyyətə gətirilib.

    Atəşkəs diplomatiyası

    Qarabağ müharibəsilə bağlı atəşkəs anlaşmasının əldə olunmasından sonra Rusiya həm Azərbaycan, həm də Ermənistanla diplomatik əlaqələri intensivləşdirib. Azərbaycan prezidenti İlham Əliyev bu günlərdə Bakıda Rusiyanın müdafiə naziri Sergey Şoyqunu qəbul edib. Azərbaycan Prezidentinin Administrasiyasından verilən məlumata görə, İlham Əliyev regiona müvəqqəti olaraq Rusiya sülhməramlılarının yerləşdirilməsindən məmnunluğunu bildirib. “Azərbaycan ərazisində atəşkəsin müşahidə edilməsi üzrə mərkəzin yaradılması barədə Rusiya Federasiyası ilə Türkiyə arasında danışıqların fəal gedişini də alqışlayırıq. Hesab edirik ki, bu, regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün çox mühüm elementdir”, – deyə o, qeyd edib.

    Şoyqu Bakıdan əvvəl İrəvanda olub və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

    Razılaşmaya sadiqlik

    Rusiyanın xarici işlər naziri Sergey Lavrov da İrəvanda olub. Orada həm Ermənistan prezidenti Armen Sarqsyan, həm də baş nazir Nikol Paşinyanla ayrı-ayrılıqda görüşən Lavrovun sözlərinə görə, hər iki şəxs Yerevanın atəşkəs razılaşmasına sadiq olduğunu bildirib. Rusiyalı nazir bu razılaşmanın Dağlıq Qarabağ probleminin “yeganə həll yolu” olduğunu deyib: “Bu razılaşma ilə bağlı yalnız daxildə deyil, xaricdə də şübhə yaratmaq cəhdləri yolverilməzdir”.

    Müəllif: Namık Durukan
    Mənbə: Milliyet

    PAYLAŞ:

    Oxşar xəbərlər