MN: Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub

MN: Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub
  • Siyasət

  • Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 9-u saat 10:40 radələrində İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

    Bu barədə Leqal.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

    "Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", - məlumatda vurğulanıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər