Prezidentin Ankarada rəsmi qarşılanma mərasimi oldu

Prezidentin Ankarada rəsmi qarşılanma mərasimi oldu
  • Siyasət / Maraqlı

  • Fevralın 19-da Türkiyə Prezidentinin Sarayında - Külliyedə Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

    Azərbaycan Prezidenti İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Türkiyə Prezidentinin Sarayına gəlib.

    Sarayın qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

    Prezident İlham Əliyevin şərəfinə toplardan yaylım atəşinin müşayiəti ilə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səslənib.

    Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

    Prezident İlham Əliyev fəxri qarovul dəstəsini salamlayıb.

    Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

    Türkiyənin rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edilib.


    Müəllif: Leqal.az


    PAYLAŞ:

    Oxşar xəbərlər