Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib.
Leqal.az xəbər verir ki, bu barədə xarici siyasət idarəsi sosial şəbəkədə bildirib.
"Pençe-Kilit” əməliyyatında terrorçuların zərərsizləşdirilməsi zamanı qardaş Türkiyənin çox sayda şəhid verməsi xəbəri bizi dərindən sarsıtdı. Şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik. Hər zaman olduğu kimi, terrorla mübarizədə də Türkiyənin yanındayıq", - paylaşımda qeyd olunub.