Xocalı və Tərtərə də komendant təyin edildi

Xocalı və Tərtərə də komendant təyin edildi
  • Siyasət

  • Xankəndidən sonra Xocalı və Tərtərə də müvəqqəti komendantlar təyin edilib.

    “Qafqazinfo”nun məlumatına görə, polis polkovniki Elçin Qasımov Tərtərə, polkovnik Zaur Nəbiyev isə Xocalıya komendant təyin olunub.

    Zaur Nəbiyev 2020-ci ildə Xocalının polis rəisi təyin edilmişdi. Elçin Qasımov isə 2018-ci ildən Tərtərdə eyni vəzifəni yerinə yetirirdi.

    Qeyd edək ki, daha öncə polis general-mayoru Sərdar Səfərov Xankəndi şəhərinə komendant təyin edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər