Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri maneəsiz hərəkət edir

Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri maneəsiz hərəkət edir
  • Cəmiyyət

  • Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 4 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.   

    “Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.   

    Belə ki, bir minik və üç yük avtomobili Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib. 

    Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 72-ə çatıb.  

    Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

    17:51

    Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 27 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.   

    "Report"un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.   

    Belə ki, 2 minik və 16 yük avtomobili Laçından Xankəndi istiqamətində, 4 minik və 5 yük avtomobili isə əks istiqamətdə maneəsiz hərəkət edib. 

    Səhər isə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 5 avtomobil də Xankəndidən Laçın istiqamətində keçid edib.

    Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən  BQXK-ya və Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 68-ə çatıb.  

    Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

    13:01

    Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 32 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.   

    "Report"un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.   

    Belə ki, 3 minik və 25 yük avtomobili Xankəndidən Laçın, 4 yük avtomobili isə Laçından Xankəndi istiqamətində maneəsiz hərəkət edib. 

    Daha əvvəl isə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 5 avtomobil də Xankəndidən Laçın istiqamətində keçid edib. 

    Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən BQXK-ya və Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 41-ə çatıb.

    Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.



    10:45

    Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 5 avtomobilin, Rusiya sülhməramlılarına məxsus isə 4 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

    “Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

    Belə ki, avtomobillər Xankəndidən Laçın istiqamətində keçid ediblər.

    BQXK-nın avtomobillərinin içərisində erməniəsilli şəxslər olublar.

    Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.



    09:04

    Qarabağ iqtisadi rayonunda yerləşən Qızılbulaq və Dəmirli yataqlarının istismarının dayandırılması və orada monitorinqlərin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdikləri ekoaksiya 76 gündür davam edir.

    AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, aksiya iştirakçıları ənənəyə sadiq qalaraq, bu səhəri də Dövlət Himninin səsləndirilməsi ilə açıb, milli ruhda mahnılar ifa ediblər.

    Aksiyanın məramı əvvəlki kimi dəyişməz olaraq qalır. Etirazçılar Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçılar tərəfindən qanunsuz istismarına yox deyir, bunun dərhal dayandırılmasını tələb edirlər. Aksiya fəalları bu dəqiqələrdə qaldırdıqları plakatlarda üzərində rus və ingilis dilində yazılmış “Sərvətlərimizin talanı dayansın!”, “Təbiəti qoruyaq, istismarı qınayaq!”, “Təbiətin milləti yoxdur!”, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Sərvətimiz bölünməz, heç bir kəsə verilməz!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!” kimi şüarlar səsləndirirlər. Gənc fəalların dinamik və olduqca coşqulu görünmələri onların tələblərində israrlı olduqlarını göstərir.

    Ekofəallar Azərbaycan tərəfinin haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Bildirirlər ki, onların tələbləri Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Aksiyanın keçirildiyi ərazi humanitar məqsədlər üçün açıqdır, sərbəst hərəkətə heç bir maneə yoxdur. Dünən aksiyanın təşkil olunduğu Laçın-Xankəndi yolundan hər iki istiqamətə Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus ümumilikdə 40 avtomobil maneəsiz keçid edib.

    Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.



    PAYLAŞ:

    Oxşar xəbərlər