Bu, Azərbaycan hökumətinin cavab verməli olduğu sualdır. Bizim üçün vacib olan Qafqaz regionunda sülh və sabitlikdir.
Leqal.az xəbər verir ki, bu sözləri İran XİN sözçüsü Nasir Kənani ABŞ Dövlət katibi Entoni Blinkenin guya bir qrup konqresməni Azərbaycanın Qərbi Zəngəzura (Ermənistanın cənubu) hərbi təcavüz edəcəyi ehtimalı haqda məlumatlandırması ilə bağlı yayılan iddianı şərh edərkən deyib.
“Azərbaycan və Ermənistan arasındakı fikir ayrılıqlarının siyasi yolla həlli ən yaxşı yoldur və biz hesab edirik ki, fikir ayrılıqlarının həlli üçün ən mühüm mexanizm regional platformalardır”, - deyə Nasir Kənani “3+3” formatına işarə edib.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti ötən gün “Politiko” nəşrinin yaydığı bu məlumatı artıq rəsmi olaraq təkzib edib.//axar.az