Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.
Leqal.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında qeyd olunub:
“Biz Pakistanın Mastunq və Hanqu şəhərlərində məsciddə törədilən terror aktlarını qətiyyətlə pisləyirik. Qardaş Pakistan xalqına və həlak olanların ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik”.