Azərbaycanla Ermənistan arasında normallaşma prosesini müzakirə etdilər

Azərbaycanla Ermənistan arasında normallaşma prosesini müzakirə etdilər
  • Siyasət / Maraqlı

  • Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb.

    Leqal.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

    Nazirlikdən verilən məlumata görə, danışıq Blinkenin təşəbbüsü ilə baş tutub.

    Danışıq zamanı Cənubi Qafqazda baş verən proseslər və bu kontekstdə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, Qara Dəniz Taxıl Təşəbbüsünün canlandırılması, Qara dənizin təhlükəsizliyi və NATO-nun genişlənməsi müzakirə edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər