NATO ilə əməkdaşlıq

NATO ilə əməkdaşlıq
  • Cəmiyyət

  • Hərbi-siyasi blok olan Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq siyasi və hərbi yollarla bütün üzvlərinin azadlığını və təhlükəsizliyini müdafiə edir. Alyansın fəaliyyətinin əsas prinsipi üzvlərinin bölünməzliyi əsasında ümumi öhdəliklərin yerinə yetirilməsi və suveren dövlətlər tərəfindən əməkdaşlığın qurulmasıdır. NATO 1949-cu il aprelin 4-də ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Kanada, Belçika, Niderland, Lüksemburq, Portuqaliya, Norveç, Danimarka və İslandiya arasında bağlanan müqavilə əsasında yaradılıb. NATO-nun ali rəhbər orqanları NATO Şurasının Sessiyası, Hərbi Planlaşdırma Komitəsi və Hərbi Komitədən ibarətdir. Təşkilatın mühüm orqanlarından biri Nüvə Müqaviləsi Komitəsidir. Blok çərçivəsində Avropa ölkələri ilə münasibətləri əlaqələndirən "Avropa Qrupu" da fəaliyyət göstərir. NATO-nun əməli orqanı baş katibin başçılıq etdiyi Beynəlxalq Katiblikdir. Hərbi-siyasi təşkilat olaraq əsas məqsədi beynəlxalq aləmdə, o cümlədən Avropada sülhün, əmin-amanlığın təmin edilməsidir.

    Bizim ölkə ərazisinin və onun vətəndaşlarının tam müdafiəsi Azərbaycan Respublikası Konstitusiyasının əsas tələblərindəndir. 1993-cü ilin fevralında Azərbaycan nümayəndə heyəti Brüsseldə NATO-nun Avropa təhlükəsizliyi problemləri üzrə keçirdiyi konfransda iştirak edib.Şimali Atlantika İttifaqı ilə Azərbaycanın yüksək səviyyədə əməkdaşlığının əsası isə 1994-cü ildə qoyulub. Ulu öndər Heydər Əliyev 4 may 1994-cü ildə Brüsselə səfəri zamanı NATO-nun keçmiş sovet respublikaları ilə əməkdaşlığını nəzərdə tutan "Sülh naminə tərəfdaşlıq" (SNT) sazişini imzalayıb.

    Həmin dövrdən başlayaraq NATO-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün şərait yaranıb. 1996-cı il aprel ayının 23-də yenidən Brüsselə səfər edən Ulu öndər Heydər Əliyev "Sülh naminə tərəfdaşlıq" sənədinə qoşulmaq barəsində təqdimat sənədini NATO-nun Baş katibi Xavyer Solanaya təqdim etmişdir.Ulu öndər NATO-nun 50 illik yubileyinə həsr olunmuş zirvə görüşündə iştirak edərək, NATO-nun dünyadakı rolunu belə xarakterizə etmişdir: "Biz dünyada sülhün və sabitliyin təmin olunmasında NATO-nun böyük rolunu yüksək qiymətləndirir, onu Umumavropa təhlükəsizliyinin olduqca mühüm vasitəsi hesab edirik."

    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik və məqsədyönlü siyasətinin layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyev də respublikamızın NATO ilə əməkdaşlığının inkişaf etdirilməsinə böyük önəm verir və uğurla inkişaf etdir.

    Brüsseldə İlham Əliyev ilə NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş zamanı Möhtərəm Preidentimiz İlham Əliyev” Azərbaycanın NATO-nun üzv ölkələri ilə sıx dostluq və strateji tərəfdaşlıq əlaqələrinin olduğunu qeyd etdi, eləcə də Alyansın aparıcı üzv dövlətlərindən olan qardaş Türkiyə ilə strateji müttəfiqlik münasibətlərinin mövcud olduğunu dedi. Azərbaycanın 1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı ilə tərəfdaşlığının vacibliyi vurğulandı. Bu çərçivədə ölkəmizin NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında və digər proqramlarında fəal iştirak etdiyi, Azərbaycan Silahlı Qüvvələri ilə NATO Silahlı Qüvvələri arasında operativ hərbi uyğunlaşmanın inkişaf etdiyi diqqətə çatdırıldı. Eyni zamanda, Azərbaycanın NATO-nun təlimlərində və ikitərəfli əsasda Türkiyə ilə Azərbaycan arasında keçirilən təlimlərdə iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparıldı.”

    Əntiqə Tağıyeva,
    Masallı Tarix Diyarşünaslıq Mueyin direktoru.

    PAYLAŞ:

    Oxşar xəbərlər