ABŞ Dövlət Departamentinin Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində Azərbaycan və Ermənistan arasında münasibətlərin sülh yolu ilə nizamlanması və normallaşdırılması üzrə danışıqların yekun raundu keçirilir.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Leqal.az-a bildirib ki, bugünkü görüş Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında mayın 1-dən ABŞ-da aparılan gərgin danışıqların yekun görüşüdür.
Onun sözlərinə görə, görüşlərin və danışıqların nəticələri ilə bağlı məlumatların yayılacağı gözlənilir.
Xatırladaq ki, mayın 1-də ABŞ-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş keçirilib.
Mayın 3-də isə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın vasitəçiliyi ilə növbəti görüş keçirib.