Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş Ağdam rayonunun kəndlərini ağır artilleriyadan atəşə tutur.
LEQAL.AZ xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında bildirib.
Hikmət Hacıyev qeyd edib ki, Ermənistanın Xarici İşlər Nazirliyinin açıqlamasında onların Azərbaycanın mülki vətəndaşlarına qarşı yeni müharibə cinayətləri törətmək üçün zəmin hazırladıqları aydın görünür.