Azərbaycanda Yeni ilin ilk körpəsi doğuldu

Azərbaycanda Yeni ilin ilk körpəsi doğuldu
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycanda 2025-ci ilin ilk körpəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada dünyaya gəlib.

    Bu barədə Leqal.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

    Bildirilib ki, 1 yanvar 2025-ci il saat 00:01-də doğulan körpənin cinsi oğlan, boyu 50 sm, çəkisi 3 kq 900 qr olub.

    38-ci həftəsində təbii doğuşa alınan ananın və yenidoğulmuşun vəziyyətinin stabil olduğu qeyd edilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər