Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibə verib

Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibə verib
  • Cəmiyyət

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verib.Müsahibə zamanı cənab Prezident ona ünvanlanan suallara ətraflı şəkildə cavab verib.

     Cənab Prezident qeyd edib ki,hadisə barədə məlumatı Sankt-Peterburqa MDB Zirvə görüşünə gedərkən məlumat alıb və göstəriş verib ki,təyyarə geriyə-Bakıya qayıtsın.Bakıya qayıdan kimi isə hava limanında operativ müşavirə keçirib.Eyni zamanda Dövlət Komissiyası yaradılıb və müvafiq qurumların nümayəndələri Aktau şəhərinə ezam olunublar. Bu,vacib idi,çünki hadisə ilə bağlı ictimaiyyətə məlumat verilməli idi.Bununla yanaşı, Azərbaycan həkimlərindən ibarət qrup da həmin şəhərə ezam edilmişdir.

    Prezident İlham Əliyev onu da qeyd etmişdir ki, Qazaxıstan tərəfi yaralıları sağaltmaq və onlara tibbi xidmət göstərmək üçün əlindən gələni əsirgəməmişdir.

    Cənab Prezident təyyarənin hansı səbəbdən qəzaya uğraması barədə olan versiyalara aydınlıq gətirərək bildirmişdir ki ,ilkin versiya özünün döğruluğunu sübuta yetirməmişdir.Məlum məsələdir ki,təyyarəyə yerdən atəş açılmiş,təyyarə idarəetməni tamamilə itirmişdir.Əlbəttə,hər şey “qara qutu”lar aşılandan sonra ortaya çıxacaqdır.Çünki bizə qaranlıq qalır ki,niyə qəza vəziyyətində olan təyyarə ən yaxın hava limanında eniş etməmişdir.Bizi təəssüfləndirən odur ki,Rusiyanın rəsmi dairələri hansısa qaz balonunun partlaması versiyasını irəli sürmüş və məsələni ört-basdır etmək istəmişlər.Ancaq biz qəzanın təfərrüatlarını tam araşdırmaq üçün beynılxalq ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmağını istəyirik.Cənab Prezident məsələ ilə bağlı Rusiya tərəfinin mövqeyinə münasibətini də bildirmişdir.

    Daha sonra Prezident İlham Əliyevı ünvanlanan təyyarə ekipajının fəaliyyəti barədə sualına da aydınlıq gətirərək bildirmişdir ki,ekipaj üzvlərinin fəaliyyəti çox yüksək qiymətləndirir.Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərmişdilər.Bilə-bilə bu qəza enişindən sağ çıxa bilməyəcəklər,amma müxtəlif üsullardan istifadə edərək sərnişinləri xilas etmək üçün maksimim dərəcədə qəhrəmanlıq göstərmiş və qəza zamanı bəzi sərnişinlərin sağ qalmasına səbəb olmuşlar.Məhz onların qəhrəmanlığı nəticəsində biz bu gün deyə bilirik ki,təyyarı Rusiya tərəfindən vuruldu.Onların fəaliyyəti Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndiriləcək.

    Cənab Prezident Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə edilən zəng barədə də məlumat verdi.O bildirdi ki,O,Qazaxıstan Prezidentinə zəng vuraraq ona öz təşəkkürünü bildirib.Prezident İlham Əliyev Qazaxıstan xilasedicilərinin qəhrəmanlığını qeyd edib və bildirib ki,onlar da öz həyatlarını risqə atiblar,çünki təyyarənin bir tərəfi yanmamışdı və hər an hansısa bir partlayış ola bilərdi.Eyni zamanda həkim personalının fəaliyyəti də çox qiymətli idi.Onlar həmrəylik nümayiş etdirdilər.Bu,əsl dostluq,qardaşlıq idi.

    Sonra Prezident İlham Əliyev hadisə ilə bağlı Rusiyadan gözləntiləri və tələbləri ilə bağlı suali cavablandırarkən bildirib ki,Azərbaycan öz tələblərini açıq şəkildə Rusiya tərəfinə bildirib.Birincisi,Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir.İkincisi,öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir.Azərbaycan dövlətinə, zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir.Artıq birincisi təmin edilib və ümid edirik ki,digər tələblərimiz də qəbul ediləcək

    Ş.Xəlilova,
    S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi
    PAYLAŞ:

    Oxşar xəbərlər