Ermənistan silahlı qüvvələri tərəfindən Bərdəyə “Smerç” qurğusundan kasetli raketlər atılıb.
LEQAL.AZ xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında qeyd edib.
Prezidentin köməkçisi bildirib ki, mülki əhali arasında itkilər var. Ermənistanın belə məqsədli müharibə cinayətləri dözülməzdir.