Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyanın rəsmi İrəvanın məcburi köçkünlərin - azərbaycanlıların Qarabağın dağlıq hissəsinə qaytarılmasına dəstək verməsi ilə bağlı bəyanatını şərh edib.
Sualı cavablandıran Mariya Zaxarova qeyd edib ki, bu, üç ölkə liderinin imzaladığı 9 noyabr 2020-ci il tarixli bəyanatda öz əksini tapıb.
“Bəyanatın 7-ci bəndindən birbaşa sitat: məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ona bitişik rayonlara qayıdırlar. Buna əlavə ediləcək bir şey yoxdur”, - Zaxarova vurğulayıb. /virtualaz.org
LEQAL.AZ