Rəmiş dəfn edildi

Rəmiş dəfn edildi
  • Mədəniyyət

  • Ötən gün vəfat edən tanınmış musiqiçi, Xalq artisti Rafiq Hüseynov (Rəmiş) son mənzilə yola salınır.

    LEQAL.AZ xəbər verir ki, mərhumun cənazəsi 1 saylı Kliniki Tibbi Mərkəzdən götürülərək dəfn olunması üçün "Ümum şəhər" qəbiristanlığına aparılır.

    Rəmişlə ayrıca vida mərasimi keçirilməyəcək.

    Mərhumun ailə üzvləri, sənət dostları xəstəxananın qarşısına toplanıb.

    Xalq artistinin cənazə namazı xəstəxananın həyətində qılınıb.

    Qeyd edək ki, Rafiq Hüseynov 1944-cü ildə noyabrın 14-də Ağdam rayonunda anadan olub. 1962-ci ildə Ağdam şəhərinin Ü.Hacıbəyli adına Musiqi Texnikumunu bitirib. İstedadlı musiqiçi 1966-cı ildə Dövlət Televiziya və Radiosunun Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblında tarzən kimi fəaliyyətə başlayıb. O, eyni zamanda “Dan ulduzu” instrumental ansamblında gitara ifaçısı kimi çalışaraq, milli musiqimizə yeniliklər bəxş edib. R.Hüseynov SSRİ Xalq artisti Zeynəb Xanlarovanın ansamblında ilk gitara ifaçılarından biri olub.

    Allah rəhmət eləsin!

    PAYLAŞ:

    Oxşar xəbərlər