ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb. Səbəb Rusiyadakı icazəsiz aksiyalarla bağlı səfirlik tərəfindən dərc olunan məlumat olub.
“İzvestiya”nın məlumatına görə, bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O, səfirliyin qanunsuz hərəkətlərə verdiyi dəstəyin qəbuledilməz olduğunu bildirib, həmçinin Vaşinqtonu iğtişaşlara təşviq və təhrikdə günahlandırıb.
Məlumata görə, ABŞ diplomatik nümayəndəliyinin hərəkətləri Rusiya Federasiyasının işlərinə birbaşa müdaxilə adlandırılıb.
Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyi yanvarın 6-da Vaşinqtonda təşkil olunan etiraz aksiyalarına ABŞ səfirinin heç bir reaksiya göstərmədiyini xatırladıb.
ABŞ diplomatik nümayəndəliyi qəbul edilmiş normalara riayət etməyə və öz ölkəsinin işləri ilə məşğul olmağa çağrılıb. oxu.az