Mədəniyyət Nazirliyi “Müqəddəs Məryəm Ana Katolik Kilsəsi” haqqında videoçarx hazırlayıb

Mədəniyyət Nazirliyi “Müqəddəs Məryəm Ana Katolik Kilsəsi” haqqında videoçarx hazırlayıb
  • Mədəniyyət

  • Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində “Müqəddəs Məryəm Ana Katolik Kilsəsi” barədə hazırlanan videoçarxı təqdim edib.

    Nazirlikdən LEQAL.AZ-a bildirilib ki, videoçarxda Müqəddəs Məryəm ana katolik kilsəsinin Bakıda 1912-ci ildə neft maqnatları – Rılskilər ailəsi tərəfindən “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” kostyolu - polyak katolik kilsəsi kimi inşa (memarı İ.K.Ploşko) inşa edildiyi qeyd edilir.

    Bolşeviklər tərəfindən uçurulan Müqəddəs Məryəm ana kilsəsinin xatirəsinə həsr edilən kilsənin tikintisi 2007-ci ilin fevralında yekunlaşıb. 2008-ci il martın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Vatikanın dövlət katibi kardinal Tarçizio Bertonenin kilsənin rəsmi açılış mərasimində iştirak ediblər.

    PAYLAŞ:

    Oxşar xəbərlər