Süleyman Abdullayev: 999 deyilişi Koroğlu döyüşüdür, İlham vuruşudur - videoreportaj

Süleyman Abdullayev: 999 deyilişi Koroğlu döyüşüdür, İlham vuruşudur - videoreportaj
  • Mədəniyyət / Maraqlı

  • ...Dostum,  gözəl kaman ifaçısı Pərviz Fərhadovla zəngləşib görüşdük. Qərara gəldik ki, hamının tanıdığı ustad xanəndə, «Dədə Süleyman»ın evinə gedək. Belə də oldu. Getdik, sənətkarı gördük. Onunla kef — əhval tutduq. Dedi ki, hər şey yaxşıdır. Bizi həyətdə çox saxlamayıb evə dəvət etdi.

    Ürəyi açılmışdı. Dedi:

    - Müzəffər Ordunun Ali Baş Komandanı cənab İlham Əliyevi Allah xalqımızın üstündən əskik etməsin. Allah bütün şəhidlərmizi rəhmət eləsin!

    Bir xeyli söhbətdən sonra dedim ki, sayıtımıza Qarabağın alınması ilə bağlı sizin fikirlərinizi öyrənəcəyik.  Dedi ki,  lap yaxşı. Razılıq verdi.
    Getdiyimiz gün Laçının işğaldan azad edilməsi gününə təsadüf edirdi. Ümumi, bütöv AZƏRBAYCAN, Qarabağ- Füzuli haqqında danışdıq. Nəğməli ürək sahibinin gözləri tez-tez dolurdu. Vətən həsrəti Süleyman müllimi illərin əlindən alsa da heyfslənmirdi; əksinə, güc verirdi ki, SƏRKƏRDƏ İlham Əliyev mənim xlqımın arzularını həyata kecirdi. Dədə deyir ki, qızıldan heykəl qoyulmalıdır İlham Əliyevə... O, buna layiqdir.  Min rəqəmi deyilişdə çoxdur, amma səviyyəsi aşağıdır, 999 deylişi sizə yaraşır. Koroğlu döyüşüdür, İlham vuruşudur Azərbaycan əsgəri, zabiti...

    Arzumdur, qızıldan heykəli olsun mənim Prezidentimin, Müzəffər Ordunun Ali Baş Komandanı olan İlham Əliyevin, Ulu Öndər Heydər oğlunun!..

    Müəllif: İsrafil Şükürov
    Operator: Mahal Məmmədhüseynli
    LEQAL.AZ


    PAYLAŞ:

    Oxşar xəbərlər