Tanınmış rəssam Aydın Rzaquliyev vəfat edib.
Leqal.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Rəsm Qalereyası məlumat yayıb.
Qeyd edək ki, Aydın Rzaquliyev 7 iyun 1953-cü ildə Rusiyanın Krasnoyarsk vilayətində anadan olub. O, 1973-cü ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1983-cü ildə isə M.A.Əliyev adına Dövlət İncəsənət İnstitutunda Şüşə və keramika fakültəsini bitirib. Rəssam 1983-cü ildən mütəmadi olaraq respublika və beynəlxalq sərgilərin fəal iştirakçısı olub. O, "İki nəfər”, “Daşda həkk olunmuş Ay" və Azərbaycan nağıllarının qəhrəmanlarına həsr olunmuş keramik fiqurların müəllifi idi.