Sevgi! Mənə görə, dünyada varlığı əsla inkar olunmayacaq bir şey var, o da sevgidir. Sevgi gözə görünməsə də, toxuna bilməsək də, nə qədər güclü olduğunu hiss edə bilirik. Bəli, hisslər... Onun bizə yaşatdığı hisslər ən xoşbəxt anlarımız olur. Nədən doysaq da, sevməkdən, sevilməkdən nə doyur, nə də yoruluruq.
"Rəssamlar sevginin gözü ilə çəkir və yalnız sevginin gözü ilə mühakimə edilməlidir". Akşinin yaratmış olduğu bu, əsər olduqca mənalı və düşündürücüdür. Kimisi düşündüklərini çəkir, kimsi fikirləşir, kimsi isə düşündüklərini yaradır. Sonda Akşinin yaratmış olduğu əsər "İlahi sevgi" kompozisiyası rəssamın gözü ilə hazırlanmışdır.