Heykəltəraş İlqar Balayev - Salvador Dalinin büstünü hazırlayıb

Heykəltəraş İlqar Balayev - Salvador Dalinin büstünü hazırlayıb
  • Mədəniyyət

  • Salvador Dali: "Dəlilərlə mənim aramdakı yeganə fərq, onların dəli, mənimsə, dəli olmamağımdır"

    Tanınmış heykəltəraş İlqar Balayev XX əsrin məşhur rəssamlarından biri - Salvador Dalinin çox böyük zəhmət tələb edən büstünü hazırlayıb.

    Masallı rayonunun Qasımlı kəndində yaşayan tanınmış rəssam bir sıra əsərlərin müəllifidir.

    İlqar Balayev ədəbi vətənpərvərlik mövzularına tez-tez müraciət edir, sanballı əsərlər yaradır. Əlindən çıxan sənətkarlıq nümunəsi respublikamızın hər yerində həmişə rəğbətlə qarşılanır.

    O, bu sahədəki potensialından pedaqoji sahədə uğurla istifadə etmiş neçə-neçə tələbələr yetişdirmişdir. Həmən tələbələr bu gün kifayət qədər öz yaradıclıqları ilə də tanınır.

    Qeyd edək ki, Salvador Dali 11 may 1904-cü ildə İspaniyanın şimalındakı Jerona əyalətinin Fiqeras şəhərində notarius ailəsində anadan olub. O, milliyyətcə katalon idi.

    Uşaqlıqda Dali çevik, lakin təkəbbürlü və idarəolunmaz uşaq idi. Bir gün o, bazarda şirniyyat üçün dava saldı, ətrafa camaat toplaşdı və polislər dükan sahibindən siesta zamanı mağazanı açmağı və oğlana şirniyyat verməsini istədi. O, öz şıltaqlığına və simulyasiyasına nail olur, həmişə fərqlənməyə və diqqəti cəlb etməyə çalışırdı. 

    6 yaşında sətəlcəmdən ölən qardaşından 3 il sonra dünyaya göz açmışdı Dali. 1973-cü ildə qardaşını, uşaqlığını bu sözlərlə yada salırdı: "Anadan olan kimi, büt kimi sitayiş edilən bir ölünün ayaq izlərindən iməkləməyə başladım. Məni sevdiklərində belə, əslində onu sevirdilər, bəlkədə məndən daha çox sevirdilər... Bu mənimçün həyatımın böyük bir yarası idi". Valideynlərinin ona qoyduqları ad da qardaşının adıydı - Salvador.

    Müəllif: Leqal.az



    PAYLAŞ:

    Oxşar xəbərlər