Masallı rayonunun Qasımlı kəndində yaşayan tanınmış heykəltəraş İlqar Balayev bir sıra əsərlərin müəllifidir.
LEQAL.AZ-ın Cənub bürosunun verdiyi məlumata görə, bu dəfə o, Dahi Nizami Gəncəvinin Tut ağacından çox böyük zəhmət tələb edən büstünü yaratmışdır.
Belə ki, İlqar Balayev ədəbi vətənpərvərlik mövzularına tez-tez müraciət edir, sanballı əsərlər yaradır. Əlindən çıxan sənətkarlıq nümunəsi respublikamızın hər yerində həmişə rəğbətlə qarşılanır.
O, bu sahədəki potensialından pedaqoji sahədə uğurla istifadə etmiş neçə-neçə tələbələr yetişdirmişdir. Həmən tələbələr bu gün kifayət qədər öz yaradıclıqları ilə tanınır.
Heykəltəraşın övladları Aqşin və Müstəqil Balayev qardaşları atasının yolun davam etdirilər.
Hazırda İlqar Balayev öz emalatxanasında istedadlı heykəltaraş, rəssamlar yetişdirir.
Qeyd edək ki, 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi qeyd olunur.
Bununla əlaqədar olaraq bu il Azərbaycanda "Nizami Gəncəvi ili" elan olunub.