Emin Sabitoğlunun büstü hazırlanıb

Emin Sabitoğlunun büstü hazırlanıb
  • Mədəniyyət / Maraqlı

  • Tanınmış heykəltəraş İlqar Balayev musiqinin bir çox janrında dəyərli əsərlərin müəllifi kimi tanınan Emin Sabitoğlunun  büstünü hazırlayıb.

    Emin Sabitoğlu 1937-ci il noyabrın 2-də Bakıda anadan olub. 1954-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra Moskva Dövlət Konservatoriyasında Yuri Şaporinin bəstəkarlıq sinfində oxuyub (1956-1961). 1961-ci ildən “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb.

    Musiqinin bir çox janrında dəyərli əsərlərin müəllifi kimi tanınan Emin Sabitoğlunun kinoda səslənən mahnıları və musiqiləri bu gün də dillər əzbəridir, müğənnilərin fərdi repertuarında geniş yer tutur. O, 600-dən çox mahnının, 9 musiqili komediyanın, 40-a yaxın filmdəki musiqilərin müəllifidir. 

    Qeyd edək ki, Emin yazıçı Sabit Rəhmanın və İsmət xanım İrəvanskinin oğludur. Musiqişünas Ceyran Mahmudovanın atasıdır. Müğənni Xədicə Abbasovanın həyat yoldaşıdır.

    Emin Sabitoğlu 18 noyabr 2000-ci ildə Bakı şəhərində vəfat edib.





    PAYLAŞ:

    Oxşar xəbərlər