Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, XIX əsr tanınmış Azərbaycan şairəsi Xurşidbanu Natəvanın büstü hazırlanıb.
Büstü tanınmış heykəltəraş, İlqar Balayev yaradıb. İlqar Balayev bir çox əsərləri ilə də tanınır.
Qeyd edək ki, Xurşidbanu Natəvan Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, Qarabağ xanlığının banisi İbrahimxəlil xanın nəvəsidir. 1832-ci ildə Şuşada anadan оlan bu qız ailənin yeganə övladı və Qarabağ xanlarının sоnuncu vərəsəsi оlduğu üçün onu sarayda “ Dürrü yeкta” (Təк inci) çagırardılar. Xalq arasında isə Xan qızı adı ilə məşhur idi. 1845-ci ildə Mehdiqulu xanın vəfatından sonra onun bütün hüquqları qızı Xurşidbanuya keçir.
www.leqal.az