Milyonlarla insanın qəlbini fəth edən, az qala beş dildə ana dili kimi danışan və ona nə zaman “ən gözəl dil hansıdır?” dedikdə “ən şirin dil ana dilimdir”cavabını vermişdir, Barış Manço..
Heykəltaraş Müstəqil Balayev, bu dəfə Türk dünyasının məşhur siması, 7- dən 77-yə hər kəsin məhəbbətini qazanmış Barış Mançonun xatirəsinə yaratdığı barelyef çox möhtəşm əsər alınıb.
Müstəqil deyir ki, hər gün mütləq bu emalatxanada olmalıyam. Sənət mənim həyatımdır. Mən onunla nəfəs alıram.
Qeyd edəki ki, Rok, pop və müasir türk sənət musiqisi sənətçisi, televiziya aparıcısı Barış Manço 2 yanvar 1943-cü ildə Üsküdarda dünyaya göz açıb. Riqqət Yanık və İsmayıl Haqqı Manço cütlüyünün dörd uşağından ikincisidir. O, doğulanda ölkəsi İkinci Dünya Müharibəsi dövründə olduğu üçün ailəsi ona Məhməd Barış adını qoyur. Anadolu rok və pop musiqisinin qurucularından sayılan, uşaq yaşlarından musiqi təhsili ilə böyüyən Mançonun anası Riqqət xanım, Türk Sənət Musiqisinin sənətkarlarından biri idi. O, hətta Zəki Mürənin də müəllimi olub.
Manço, üç yaşına çatanda ailəsində problemlər yaranmağa başlayır. Atası ilə anasının ayrılığından sonra Barış atası ilə yaşamağa başlayır. Atası ilə birgə bir neçə dəfə yer dəyişən Manço qısa müddət Ankarada da yaşayır. Ailədən gələn musiqi təhsili ilə məktəb həyatı boyunca həmişə hobbi olaraq bu işlə məşğul olur və öz-özünə gitara çalmağı öyrənir. İstedadlı Barış anasından da piano dərsləri alır.
www.leqal.az