“Rəssam bu gün üçün çəkmir. O bu günü gələcəyə ötürür”
Belə rəssam və heykəltaraşlardan da biri Aqşin Balayevdir.
Onun gənc olmasına baxmayaraq yaradıcılıqında gördüyü işlər Vətən müharibəsi, mədəniyyətimizin inkişafında xidmətləri olan dahi insanlar yer alır.
O, bu dəfə Məşhur meyxanaçı Məşədibabanın büstünü hazırlayıb.
Qeyd edək ki, Məşədibaba Aydəmirov 1971-ci ildə fevral ayının 13-də Bakının Maştağa qəsəbəsində anadan olub. Uşaq yaşlarından şeirə maraq göstərən Məşədibabanın istedadı şeiriyyatda özünü göstərməyə başlayır. Valideynləri Məşədibabanın bu istedadını görüb onu məktəbdən çıxarırlar. Balaca Məşədibaba bütün vaxtını bədii kitablar oxumağa, şeir yazmağa ayırır. Səsi ilə hər kəsi heyran edən Məşədibaba gənc yaşlarından məşhurlaşır. Yazdığı qəzəlləri meyxanaya çevirir.
www.Leqal.az