Deyirlər, yazıçı əsərləri ilə qəlblərdə və beynlərdə öz tarixini yaradır. Məhz əlindəki qələmin gücü və səmimiyyəti ilə yaddaşlarda iz salır. Bəli, qələm böyük qüvvədir. İsmayıl Bəy Qaspiralı yazırdı ki:-“Hər nə yazacaq isən, qələmi üç qəpiklik qara mürəkkəbə batırma. ÜRƏYİNƏ batırıb, onun qanı ilə yazı yaz. Sözün ötər, VİCDANLARA yetər. Əks halda bisəmərə gələr, keçər.” Həsən Bəy Zərdabi isə deyirdi ki:-“Yaxşı kitab qiymətli xəzinədir.” Həqiqətən, hər bir xalqın ədəbiyyatı onun səhifələrinə daxil olan belə xəzinələr sayəsində dəyər taparaq, əbədiyyət qazanır.
Yazıçı, şərqşünas Əli Rzazadənin “SƏMAYA QAYIDAN YAZI” adlı yeni kitabı da, məhz belə nəşrlərdəndir. Kitab yazıçının oxucuları ilə dördüncü görüşüdür. Ə.Rzazadənin sayca ikinci romanı olan bu əsər dini radikalizm, onun mənşəyi, tarixi kökləri, dünyanı hörümçək toru kimi saran terrorçu qruplaşmaların İSLAM dini adı altında törətdiyi faciə və müsibətlərdən bəhs edir. Romanda dini radikalizmin, İŞİD-in iyrənc mahiyyəti bütün məqamları ilə oxucuya çatdırılır. Qeyd olunur ki, radikalizm bütün zamanlarda və toplumlarda fərqli şəkillərdə təzahür edən zehniyyət tərzidir. Radikallıq əslində dinlərin və ya digər ideologiyaların mahiyyətindən deyil, onların mənsublarının düşüncəsindən, psixologiyasından və yanaşmasından qaynaqlanır. Romanda bu bəladan xilas olmağın yolları, canlandırılan obrazların timsalında açıqlanır. Vurğulanır ki, dini radikalizmdən qurtulmaq üçün ilk növbədə cəmiyyətdə dini maarifləndirmə ciddi və məqsədyönlü şəkildə aparılmalıdır. Müqəddəs dinimiz İSLAM olduğu kimi insanlara təbliğ edilməlidir. Problemin digər çözüm yolu isə ictimai müzakirələri təşviq edərək, radikal dini ideyaların tədricən məhv edilməsinə nail olmaqdır.
Əsərin baş qəhrəmanı Qədir ixtisasca adlı-sanlı cərrahdır. O eyni zamanda gözəl bir ailə başçısıdır. Atası dünyasını dəyişdikdən sonra, anası Güşvər xanım uşaqlarını min bir zəhmətlə böyüdüb, boya-başa çatdırmışdı. Qədir ailənin qürur duyulacaq övladı idi. Kiçik qardaşı Orxan şəhərə işləmək məqsədilə gəlsə də, çox keçmir ki, dini radikal qruplaşmalardan birinin “beyn yuma” siyasətinin qurbanına çevrilərək, onun ən fəal üzvi kimi tanınır… Və kafirlərə qarşı aparılan “müqəddəs cihad” a qoşulmaq üçün “ALLAHIN HAKİM KƏSİLDİYİ ÖLKƏ” yə yollanır. Qardaşını axtarıb tapana qədər, Qədirin keçdiyi məşəqqətli yol əsərdə o qədər gözəl və təsirli təsvir edilib ki, oxucu kitabı vərəqlədikcə, sanki özünü o hadisələrin içində hiss edir.
Romanda Qədirin ailəsinə yazdığı məktub oxucunun qəlbində silinməz iz salır. O, HƏZRƏTİ ZEYNƏBİN uyuduğu müqəddəs torpaqda qələmə aldı, ailəsinə sevgi, ümid və etiraf dolu məktubunu. Elə bu məktubdaca:-“Görüşənədək…” – deyib, anasına və əzizlərinə qardaşı Orxanla birlikdə Bakıya dönəcəyinə bir daha söz verdi. Məktubu həyat yoldaşı, çox sevdiyi Aytənə yazsa da, anası Güşvərin qabarlı əllərində son damla sevincə dönən bu balaca zərf hər kəsin ürəyində sönməyən bir ümid idi. Qədir bu vərəqlərdə qardaşını tapmaq üçün çıxdığı yolda başına gələn əhvalatları, şahidi olduğu ağrı-acıları və arzularını dilə gətirir. Və övladlarını, məhz bu məktubun sətirlərində sonuncu dəfə bağrına basır…
Ə.Rzazadənin bir yazıçı kimi daha bir uğuru ondan ibarətdir ki, romanda işıqlandırdığı əsas mövzu və ideyanın fonunda cəmiyyətimizdə mövcud olan neçə-neçə problemə toxunaraq, onların həlli istiqamətinə də oxucunun diqqətini yönəltməyə nail olmuşdur. Əsərin bədii gücünü daha da mükəmməl etmək üçün romanın bir neçə yerində yazıçı düşüncə və duyğularını, məhz nəzmlə dilə gətirib.
Yazıçının bəyaz vərəqlərin köksünə köçürdüyü sətirlər kitablarını vərəqləyən oxucu ilə həmsöhbət olaraq, ruhunu dindirə bilir. Onun həyata baxışlarına yaxın bir dost kimi çözümləri ilə aydınlıq gətirərək, beynindəki sualların cavabına çevrilir. Ən əsası, qələmə aldığı əsərlərindən bəhrələnilir. Məhz budur, ƏSL YAZIÇI qələminin, Əli Rzazadə yaradıcılığının ucalığı…
Romanın kuliminasiya nöqtəsini İŞİD terror qruplaşmalarından birinə rəhbərlik edən Əbu Həmzə adlı erməni ilə Qədir arasında olan dialoq təşkil edir. Bu dialoqdan kiçik bir hissəni xüsusilə vurğulamaq istəyirəm. Terrorçular tərəfindən İSA Peyğəmbər kimi çarmıxa çəkilən Qədir, Tanrının ona bəxş etdiyi belə uca ölümü yaşayacağına görə çox sevinir. Bunu görən erməni dığası onu “axmaq” adlandırır. Və TÜRK OĞLUNUN bu sevincinin səbəbini soruşanda, Qədirin murdar erməniyə cavabı belə olur:-“…Axmaq sənsən ki, bunu anlamırsan. Həmişə düşünürdüm ki, mən bu torpaqlarda ölsəm, bu mənim üçün ucuz ölüm olacaq. Amma indi sevinirəm. Sevinirəm ki, məni şərəfsiz erməni öldürəcək. Özümü Qarabağda öldürülən şəhidlərimizin sırasında görürəm. Və inanıram ki, ölümdən sonrakı həyatda mənim ruhum erməni şərəfsizliyi ilə öldürülən şəhidlərimizin ruhlarının qatarına qoşulacaq…”
Əsərdə dönə-dönə vurğulanır ki, ilahi sevgidən, ilahi nurdan yarandı Yerin, Göyün hər damlası. Tükənməz mərhəmət və ilahi ədalət sətirləndi, təbiətin naxışlarında. Uca Yaradan həyatın mahiyyətini, həqiqətin nəfəsini bütün yaradılana son mənzilimiz olan qara torpağın ətrində daddırdı. O ətirdə anlatdı, HAQQA gedən yolun yönünü. ALLAHA qovuşmağın, ONA tapınmağın, ONU tanımağın sərhədlərini qəlblərə və beynlərə, məhz o ətirlə qətrə-qətrə köçürdü. Əlimizə götürdüyümüz BİR OVUC TORPAQDAN başlar, İLAHİ EŞQƏ gedən yolun ilk addımı. Bu bir ovuc torpağın zərrələrinə dönən VƏTƏNİN müqəddəsliyini, yalnız ruhuyla duyanlar aləmlərin RƏBBİNƏ qovuşa bilər… Bizi YARADANA ruhumuzla, qəlbimizlə qovuşa bilək ki, müqəddəs kitabımız “QURANİ KƏRİM” sonda “SƏMAYA QAYIDAN YAZI” ya çevrilməsin!!! “ALLAHIN hakim kəsildiyi nə bir ölkə, nə də bir şəhər” var!…
İnanıram ki, bütün dünyada aktual mövzu və fəlakət olan İŞİD-in iyrənc mahiyyətindən, tarixindən bəhs edən ƏLİ RZAZADƏNİN bu mükəmməl romanı əsasında yaxın gələcəkdə gözəl bir bədii film ekranlaşdırılacaq.
“ALLAHIN VƏTƏNİ”
Axtarma, YARADAN hardadır deyə,
ONUN nə ölkəsi, nə VƏTƏNİ var!
“Müqəddəs cihada” yollanan cahil,
ONUN nə ölkəsi, nə VƏTƏNİ var!
Vərəqlə, “QURAN” I… Budur, həqiqət,
TANRI nə görünər, nə BÜTLƏŞƏR “O”!
Asiman nurunu yaysa da, fəqət,
HAQQ olub, ÜRƏKDƏ VƏTƏNLƏŞƏR “O”!!!
Aldanma, iblisin yalanlarına,
SALAMDAN aşılar, SÜLHÜ DİNİMİZ!
Yem olma, dünyanın ilanlarına,
SALAMDAN aşılar, SÜLHÜ DİNİMİZ!