Bursa - QARDAŞ ölkələrini zəngin bədii proqramla qarşılayıb

Bursa - QARDAŞ ölkələrini zəngin bədii proqramla qarşılayıb
  • Mədəniyyət / Maraqlı

  • Bursa qonaqlarını zəngin bədii proqramla qarşılayıb. Bu il ərzində türk dünyasının əsas mədəniyyət mərasimlərinə ev sahibliyi edəcək bu qədim şəhər rəsmi "QARDAŞ" xalqlarının nümayəndələrinə qucaq açıb.

    30-31 mart tarixlərində Bursa şəhərində Türk dünyasının geniş nümayəndə heyətlərinin iştirakı ilə silsilə tədbirlər keçirilmişdir.

    Tədbirdə Azərbaycanı mədəniyyət naziri Anar Kərimov, Qırğızıstanı mədəniyyət, məlumat, idman və gənclər siyasəti naziri Azamat Camanqulov, Qazaxıstanın mədəniyyət və idman nazirinin müavini Nurkissa Dauyeshov, Özbəkistan mədəniyyət nazirinin müavini Muradcan Məcidov, Şimali Kipr Türk Respublikası Baş nazirinin müavini, turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlunun rəhbərliyi ilə nümayəndə heyətləri iştirak ediblər.

    Azərbaycanın istedadlı sənətkarları Xanəndə Babək Şuşalı, tarzən Ruslan Zarbaliyev, kamança ifaçısı Pərviz Fərhadov, Respublikanın əməkdar artisti Çinarə Heydərova mart 14-nən başlayaraq Türkiyədə Turksoy Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin ,Trt Avaz, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, və s. Türk Dövlətlərinin Türkiyədəki səfirliklərinin təşkilatçılığı ilə keçirilən Novruz 2022 konsertlərində Azərbaycanı təmsil ediblər.

    Qeyd edək ki, bununla bağlı TÜRKSOY Daimi Şurası Bursa şəhərində növbədənkənar iclas keçirilib. İclasda Şuşa şəhəri 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunub.

    Xaırladaq ki, ölkəmizi təmsil edən incəsənət nümayəndələri, Turksoy xalq çalğı alətləri orkestrının solistləridirlər. 


    Müəllif: "LEQAL.AZ"














    PAYLAŞ:

    Oxşar xəbərlər