Rəssamın gözü ilə: Aqşin Balayev

Rəssamın gözü ilə: Aqşin Balayev
  • Mədəniyyət

  • Rəssam xəyalında olan cizgiləri, rəngləri və rəqəmləri kətana köçürür.

    Bəzi fiqurlar yaradıcılığın xoşbəxt anlarında ortaya çıxır. Kompozisiya, rəssamın fikrincə, sənət əsərinin ən mürəkkəb formasıdır.

    Gənc heykəltəraş Aqşin Balayev də belə rəssamlardandır. O, hər hansı əsəri hazırlamamışdan öncə onun kağız üzərində eskizini düzəldir.

    Bu dəfə onun yaratmş olduğu “Aylı gecə“ kompazisiyasına rəssamın gözləri ilə baxsaq görə bilərik ki, portretdə təsvir olunan bu əsər, sevgi simvoludur.

    Rəssamın heykəltəraşlıq sahəsindəki yaradıcılığı da olduqca məhsuldardır. O, bu sahədəki yaradıcılığını monumental, dekorativ, dəzgah heykəltəraşlığı sahəsində formalaşdırıb inkişaf etdirmişdir.

    Heykəltəraşlığın hər 3 sahəsinə müraciət edən rəssamın əsərləri janr müxtəlifliyi ilə də diqqəti çəkir. O, onlarla baralyef, büst, müxtəlif kompozisiyaların müəllifidir. 

    Qeyd edək ki, Aqşin Balayev tanınmış rəssam İlqar Balayevin övladıdır. 

    "LEQAL.AZ"

    PAYLAŞ:

    Oxşar xəbərlər