Müğənni Manaf Ağayev həmkarı və dostu Vasif Məhərrəmlini instaqramda izləmədən çıxarıb.
“Leqal.az” xəbər verir ki, qarşı tərəf də eyni addımı atıb.
Hazırda bir-birini izləməyən müğənnilərin arasında soyuq münasibət yarandığı bildirilir.
Bunu Manaf Ağayevin özü də təsdiqləyib. Belə ki, ondan “Səhər mərkəzi” verilişində qonaq olarkən “Sənə güvəndiyimi dağlar, sənə də qar yağarmış” deyimini hansı sənət adamına şamil edib-etməyəcəyi soruşulub. Bunun üçün Manaf Ağayevə Vasif Məhərrəmli, Afət Fərmanqızı və Mətanət Əsədovanın adı təqdim edilib. İfaçı isə “hamısına” cavabı verib, daha sonra Vasif Məhərrəmlinin adını xüsusi qeyd edib.
Qeyd edək ki, Manaf Ağayev bir müddət əvvəl Füzuliyə qanunsuz səfər etməsi səbəbiylə 15 sutka həbs edilmişdi. Onunla Vasif Məhərrəmli arasında soyuq münasibətin də bundan sonra yarandığı bildirilir. Maraqlıdır ki, Mətanət Əsədova da Manafın izləyiciləri sırasında yoxdur. Qadın müğənnin izləyi şəxslər arasında da Manaf Ağayevin adını görmək mümkün deyil.//Qafqazinfo