Azərbaycanın üzv olduğu Türksoy Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının təşkilatçılığı ilə, Türkiyənin bir çox şəhərlərində Uşak, Konya, Ankarada və.s Novruz bayramı münasibətilə konsert tədbirləri keçirilir.
Tədbirdə təşkilata üzv olan dövlətlərin mədəniyyət nazirlərinin adından çıxış edən Türksoy Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının baş katibi Dussen Kasseinov və başqaları iştirak ediblər. Bu qardaşlıq təşkilatı çoxlu sayda layihə və tədbirlər həyata keçiriblər.
Hazırda Türkiyədə səfərdə olan incəsənət nümayəndələrinin "Leqal.az"a verdiyi məlumata görə, mərasimi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyədən olan incəsənət xadimlərinin iştirakı ilə Türksoy Xalq çalğı alətləri Orkestrinin ifasında Novruz proqramı konserti ilə müşayiət olunur.
Möhtəşəm tədbirdə ölkəmizi təmsil edən azərbaycanlı tanınmış muğam ifaçısı, Şuşa Humanitar Kollecinin müəllimi Babək Şuşalı, kanonda Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, əməkdar artist Çinarə Heydərova, tarda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Ruslan Zarbaliyev, kamançada Azərbaycan Milli Konservatoriyasının müəllimi Pərviz Fərhadov iştirak edirlər.
Onuda qeyd edək ki, musiqiçilərimiz Türksoy Xalq çalğı alətləri Orkestrinin solistləridlər.