Xocalı soyqırımı qurbanlarının xatirəsinə ithaf olunan klip təqdim edilib

Xocalı soyqırımı qurbanlarının xatirəsinə ithaf olunan klip təqdim edilib
  • Mədəniyyət

  • London şəhərində yaşayan soydaşlarımız Xocalı soyqırımı qurbanlarına ithaf etdikləri “Chiquilin de Bachin” əsərinin videoklipini təqdim ediblər.

    "Leqal.az" xəbər verir ki, Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsində lentə alınmış klipdə əsəri Səadət Fərziyeva (piano), Rasim Fərziyev (kamança) və Tereza Mostallino (kamança) ifa ediblər. Tereza diaspor üzvümüz Nərminə Məmmədovanın qızıdır. Azərtac

    Videoklipdə 613 Xocalı qurbanının fotosu və Xocalı soyqırımı barədə qısa məlumat da yerləşdirilib.

    Tanqo janrında bəstələnmiş mahnının müəllifləri argentinalı bəstəkar Astor Pyatsolla və şair Horasio Ferrerdir.
    PAYLAŞ:

    Oxşar xəbərlər