Xalq rəssamı Toğrul Nərimanbəyovun barelyefi hazırlanıb

Xalq rəssamı Toğrul Nərimanbəyovun barelyefi hazırlanıb
  • Mədəniyyət / Maraqlı

  • Heykəltaraş Müstəqil Balayev Xalq rəssamı, rənglər dünyası Toğrul Nərimanbəyovun barelyefini yaradıb. 

    Müstəqilin dəqiqliklə təsvir etdiyi bu əsər sanki bir anlığa Toğrul Nərimanbəyovu canlandırıb.

    Toğrul Fərman oğlu Nərimanbəyov 7 avqust 1930-cu ildə Bakı şəhərində doğulub.

    O, 1950-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1955-ci ildə isə Litvada Vilnüs Rəssamlıq İnstitutunu bitirib.

    Qeyd edək ki, Xalq rəssamı 2 iyun 2013-cü ildə Parisdəki hospitallardan birində vəfat edib. Azərbaycanın dövlət və hökumət rəsmiləri Toğrul Nərimanbəyovun vəfatı ilə əlaqədar başsağlığı veriblər.

    Müəllif: LEQAL.AZ



    PAYLAŞ:

    Oxşar xəbərlər