Müstəqil Balayev müəlliminin barelyefini hazırladı

Müstəqil Balayev müəlliminin barelyefini hazırladı
  • Mədəniyyət

  • Gənc heykəltaraş Müstəqil Balayev Xalq rəssamı, heykəltəraş Arif Qazıyevin barelyefini yaradıb. 

    Müstəqilin dəqiqliklə təsvir etdiyi bu əsər sanki bir anlığa Arif müəllimi canlandırıb.

    Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, rəssam Şamil Qaziyevin ailəsində dünyaya gələn Arif Qazıyev 1937-ci ildə yanvarın 2-də İrəvan şəhərində anadan olub.

    O, 27 may 2018-ci ildə Azərbaycanın Xalq rəssamı fəxri adına layiq görülüb. A.Qazıyev Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, daha sonra V.I. Surikov adına Moskva Dövlət Akademik İncəsənət İnstitutunda təhsil alıb.

    Arif Qazıyev pedaqoji fəaliyyəti ilə məşğul olub. Onun əsərləri Azərbaycan və Rusiya muzeylərində, habelə ABŞ, Almaniya, Avstriya, Türkiyədəki şəxsi kolleksiyalarda saxlanılır.

    Qeyd edək ki, A.Qazıyev Babək abidəsinin, Hüseyn Cavidin büstünün və bir çox əsərlərin müəllifidir.


    Müəllif: Mahal Məmmədhüsynli

    PAYLAŞ:

    Oxşar xəbərlər