Milli Dram Teatrı koronavirusa görə BAĞLANDI

Milli Dram Teatrı  koronavirusa görə BAĞLANDI
  • Mədəniyyət

  • Akademik Milli Dram Teatrı koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.

    Bu barədə teatrın mətbuat katibi Cavid Zeynallı məlumat verib.

    Onun sözlərinə görə, son günlər teatrın əməkdaşları arasında COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi qərara alınıb: “Belə ki, yanvarın 23-dən fevralın 7-dək teatrın öz iş fəaliyyətini müvəqqəti olaraq dayandırması haqqında qərar qəbul olunub. Qeyd olunan tarixlərə təyin edilmiş tamaşa nümayişləri və məşqlər təxirə salınır, teatrın inzibati binasına giriş-çıxış fevralın 7-dək məhdudlaşdırılır”.

    Zeynallı bildirib ki, həmin tarixlərdə nəzərdə tutulan tamaşalar fevralın 7-dən etibarən nümayiş olunacaq. /Qafqazinfo/
    PAYLAŞ:

    Oxşar xəbərlər