İndoneziyada 26 fut (təxminən səkkiz metr) uzunluğunda timsah səkkiz yaşlı oğlanı atasının gözləri qarşısında udub.
LEQAL.AZ Cakartanın Merdeka portalına istinadla xəbər verir ki, faciə Şərqi Kalimantan əyalətində yaşanıb. Oğlan atası ilə birgə çay kənarında balıq tutarkən nəhəng timsah qəflətən uşağın üstünə atılaraq onu suya sürükləməyə başlayıb. Heyvanın arxasınca üzən ata timsahı yumruğu ilə döyəcləyərək oğlunu xilas etməyə çalışıb. Lakin timsah uşağı bütöv udub.
Timsah ertəsi gün həmin yerdən yüz metr aralıda tapılıb. Onu yararaq mədəsindən oğlanın cansız bədənini çıxarıblar.
Portalın məlumatına görə, bu, son bir necə həftədə ikinci belə hadisədir.(azərtac)