Tibb sahəsində daim yeniliklərə imza atan Masallı Bioloji Təbabət Klinikasında Cənub regionunda İlk dəfə olaraq ürək və ağciyər problemləri olan xəstəyə bazu sümüyü əməliyyatı üçün sağ broxial sinir kələfindən naqili anesteziya həyata keçirildi. 2.5 saat davam edən əməliyyat uğurla yekunlaşdı
Qeyd edək ki, Masallı Bioloji Təbabət Klinikasında uğurla tətbiq edilən ağrısızlaşdırmanın spinal anesteziya, ümumi narkoz, oral intubasiya, nazal intubasiya, laringeal maska, venadaxili narkoz kimi bir çox növünə bir yenisi daha əlavə edildi.
Anesteziya, Masallı Bioloji Təbabət klinikasının anestezioloq-reanimatoloq həkimi Şəhanə Abdullayeva tərəfindən icra edilmişdir.
Bu uğura görə Dr. Şəhanə Abdullayevanı və cərrahi əməliyyatı icra edən Dr. Emil Səfərovu təbrik edir, uğurlarının daimi olmasını diləyirik.