Gənc heykəltaraş Müstəqil Balayev - Vinsent Van Qoqun barelyefini hazrlayıb

Gənc heykəltaraş Müstəqil Balayev - Vinsent Van Qoqun barelyefini hazrlayıb
  • Mədəniyyət / Maraqlı

  • Elə insanlar var ki,  başqasının iztirabları onların qəlbini göynədir, bu iztirabları öz ağrısı, dərd-bəlası kimi  qəbul edirlər. Adətən belələrinin həyatı çox məşəqqətli olur. Həyata belə həssas münasibət bəzən onları dəlilik həddinə gətirib çıxarır. Holland rəssamı Vinsent Van Qoq  da məhz bu cür insanlardan olub. 
     
    Barelyefi gənc istedadlı, heykəltəraş Müstəqil Balayev ərsəyə gətirib.

    Vinsent Van Qoq 1853-cü ildə Niderlandda anadan olub. Van Qoq incəsənət tarixi boyu ən ağır, çətinliklərlə dolu həyata malik olan məşhurlardan sayılır. Ən azı həyatını intiharla bitirməsi buna danılmaz sübutdur.

    Van Qoqa xas olan həyata həssas münasibət, ruhunun rahatlıq tapa bilməməsi  nəticəsində rəssamda  psixi xəstəliyin ilk əlamətləri özünü büruzə verməyə başlayır. Əvvəlcə  Arla qonaq gələn Qoqen ilə onun arasında yaradıcılıq ixtilafları yaranır. Rəssamlar dalaşırlar, özünə hakim kəsilə bilməyən Van Qoq  əlindəki  stəkanı həmkarının başına çırpır.  Qoqen getmək istədiyini bildirəndə isə ülgüc ilə onun üstünə atılır.  Elə həmin günün axşamı dəliliyi tutan rəssam özünə ciddi xəsarət yetirir, qulağını kəsir.
     
    Vəziyyətinin ağır olmasına baxmayaraq məşhur “Qulağı kəsilmiş vəziyyətdə avtoportret” (1889), “Çubuq çəkən kişi” (1889) və s. məşhur əsərlərini yaradır.  Lakin xəstəliyi şiddətlənir və rəssam bir il  psixiatriya  klinikasında müalicə olunur.  Vəziyyətinin sabitləşdiyi vaxtlarda xəstəxana bağının  və onun ətraflarının təsvir olunduğu (“Provansda böyük yol”, “Alp dağlarının ətəklərində”, “Sərv ağaclarının əhatəsində sarı sünbüllər”) mənzərələr yaradır.
     
    Van Qoq klinikadan çıxandan sonra  Over-syur-Uaz kəndində yaşayır. Dostu, həvəskar rəssam  və sənətşünas  Pol Qaşe onun sağlamlığının qayğısına  qalır.  “Doktor Qaşenin  portreti” (1890) bəlkə də  Van Qoqun  bu janrda çəkdiyi ən gözəl  əsərdir. Şəkildə dərin düşüncəyə dalan adam təsvir olunub.  Qaşe nə barədə düşünür? Bəlkə varlığın mənası  barədə?  Və ya öz taleyi haqqında? Yaxud onun şəklini çəkən rəssamın  labüd  ölümü barədə?  Axı, faciəli sonluq  çox  yaxın idi. İxtisasca  həkim olan  Qaşe bunu başa düşməyə bilməzdi.  Bəlkə də buna görə Van Qoqun əlində tapança görəndə silahı onun əlindən almır...
     
    Bir neçə gün sonra  Over-syur-Uazdakı evdə  atəş səsi eşidilir. Ölümcül yaralanan Van Qoq  1890-cı il  iyulun 29-da dünyasını dəyişir.  Onun ölümündən sonra rəssam Kamil Pissarro  oğluna yazır: “Mən irəlicədən bilirdim ki, Van Qoq ya dəli olacaq, ya da hamımızı  xeyli qabaqlayacaq... Lakin hər ikisini edəcəyi ağlıma da gəlməzdi”.
     
    Qeyd edək ki, gənc heykəltəraşların atası İlqar Balayev də tanınmış rəssam və heykəltəraşdır.

    Müstəqil və Aqşin deyilər ki, heykəltaraşlığa marağımız uşaq yaşlarından başlayıb. Bu sənətin sirrlərini atamız bizə öyrədib.

    Leqal.az


    PAYLAŞ:

    Oxşar xəbərlər