Rusiyanın paytaxtı Moskva şəhərinə 1973-cü ildən bəri rekord səviyyədə qar yağıb.
Moskvanın bəzi yerlərində qar örtüyünün hündürlüyü yarım metri keçib.
Rusiya Hidrometeorologiya Mərkəzinin məlumatına əsasən, cümə günündən yağmağa başlayan qarın həcmi gün ərzində aylıq normanın 25 faizini təşkil edib.
Moskva şəhərinə yağan qarın fəsadlarını aradan qaldırmaq üçün aidiyyəti qurumlar səfərbər edilib.
Yağıntı Moskva yollarında uzun tıxaclara səbəb olub.
versu.az