17 oktyabr Füzuli şəhəri günüdür

17 oktyabr Füzuli şəhəri günüdür
  • Cəmiyyət

  • 2023-cü il 31 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən 17 oktyabr Füzuli şəhər günü kimi qeyd olunur. 2020-ci ildə ,Vətən müharibəsinin 21-ci günü Füzuli şəhərinin və ətraf kəndlərinin erməni işğalçılarından azad edildi gün kimi tarixə həkk olundu.
               
    Ərazisinə görə ölkəmizin ən böyük rayonlarından olan Füzuli rayonunun böyük bir hissəsi 23 avqust 1993-cü ildə erməni quldurları tərəfindən işğal olunmuşdu.1994-cü ildə ümummili lider Heydər Əliyevin başçılığı ilə aparılan hərbi əməliyyatlar nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdu.
                 
    27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibədə Füzuli cəbhəsi mühüm əhəmiyyət daşıyırdı. Fərqli istiqamətlərdə, düşmənin gözləmədiyi istiqamətlərdə şəhərə daxil olan Milli Ordumuz düşməni qaçmağa məcbur etmiş, nəinki rayonun 62 yaşayış məntəqəsini, həmçinin Cəbrayıl və Xocavənd rayonlarının bir sıra yaşayış məntəqələrini işğaldan azad etmişdi. 17 oktyabr tarixində xalqa qələbə xəbərlərini çatdıran Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev növbəti müraciətində demişdir: ,, Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir...Bu gün Füzuli rayonunun bir sıra yaşayış məntəqələri işğalçılarından azad edilib -Qoçəhmədli kəndi, Çirmən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir. Qarabağ Azərbaycandır!"
                 
    Qeyd etmək lazımdır ki, Füzuli rayonunun ərazisi işğalda olduğu dövrdə böyük dağıntıya məruz qalmışdır. Günlərin birində bu torpağa əzəli sahiblərinin qayıdacağını bilən düşmən demək olar ki, burada daşı-daş üstə saxlamamışdı. 
    Bu düşmənin vandalizm siyasətinin bariz nümunəsi idi.
                   
    17 noyabr 2020-ci il tarixində Prezident İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırması hər bir Azərbaycan vətəndaşını qürurlandırdı. Qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq işlərinə start verildi. Füzulidə evlər, yaşayış məntəqələri yenidən bərpa olunmağa başladı.14 yanvar 2021-ci ildə təməli qoyulan və Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı qısa müddət ərzində inşa edildi. Bu hava limanı dünya tarixində minalanmış ərazilərdə tikilən ilk hava limanı olmuşdur. 
                 
    Ağdam- Füzuli avtomobil yolunun tikintisi regionun inkişafına daha da çox müsbət təsir edəcəkdir.



    Uğur Ağayev,
    Qızılavar kəndi Ə.Mirzəyev adına tam orta məktəbin tarix müəllimi
    PAYLAŞ:

    Oxşar xəbərlər