Diriltmək ümidi ilə ağciyər xərçəngindən ölən arvadının cəsədini dondurdu - FOTOLAR

Diriltmək ümidi ilə ağciyər xərçəngindən ölən arvadının cəsədini dondurdu - FOTOLAR
  • Maraqlı

  • Kişi nə vaxtsa diriltmək ümidi ilə ağciyər xərçəngindən ölən arvadının cəsədini dondurub.

    Bu barədə “Mothership” məlumat verir.

    Bildirilir ki, Quya Tszyunminin 49 yaşlı həyat yoldaşı Çjan Venlyan ağciyər xərçənginə tutulub. Həkimlər qadının yaşayacağından əlini üzdükdə Tszyunmin onun bədənini kriogenik dondurma ilə qorumaq fikri gəlib. Məsələni araşdırdıqdan sonra kişi arvadından belə bir prosedura razı olub-olmadığını soruşub.

    Bu vaxt xərçəng Venlyanın beyninə yayıldığından o, artıq danışa və üz əzələlərini idarə edə bilmirdi. Əri ondan bu məsələ ilə razılaşdığı halda əlini sıxmasını istədi.

    “Əlbəttə ki, razılaşdı. Əks təqdirdə əlimi tutmazdı”, - deyə o, vurğulayıb.

    Venlyanın ürəyi dayandıqdan sonra mütəxəssislər dərhal bədənini dondurmaq üçün 55 saatlıq bir əməliyyat keçiriblər.

    Ərinin sözlərinə görə, kriogenik çənə 50 il müddətinə yerləşdirilməzdən əvvəl həyat yoldaşına baxıb.

    “O sanki yuxuda idi”, - deyə kişi bildirib.

    Kriogen dondurma üçün rezervuar 2000 litr maye azotla dolur. Orada -196 dərəcə temperatur sabit saxlanılır.






    PAYLAŞ:

    Oxşar xəbərlər