Əraqçi Pakistanı tərk etdi

Əraqçi Pakistanı tərk etdi
  • Maraqlı / Dünya

  • İranın xarici işlər naziri Abbas Əraqçi Pakistanın paytaxtı İslamabadda keçirdiyi görüşlərdən sonra şənbə axşamı ölkəni tərk edib.

    “Leqal” xəbər verir ki, bunu müzakirələrdən xəbərdar olan İran mənbələri CNN-ə bildiriblər.

    Qeyd edilib ki, Əraqçi səfəri çərçivəsində mümkün atəşkəs məsələlərini müzakirə edib və regiondakı əsas müttəfiqlərlə məsləhətləşmələr aparıb.

    Əraqçi cümə axşamı İslamabada gələrək Pakistanın yüksək səviyyəli rəsmiləri, o cümlədən, Baş nazir Şahbaz Şərif və Tehranla Vaşinqton arasında əsas vasitəçilərdən biri hesab olunan ordu rəisi, feldmarşal Asim Munirlə görüşüb.

    Məlumata görə, Pakistan tərəfi aprelin əvvəlində aparılan uzun müzakirələrin nəticəsiz qalmasından sonra ABŞ və İran rəsmiləri arasında danışıqların ikinci mərhələsini təşkil etməyə çalışır. Həmin müzakirələr münaqişə tərəfləri arasında ən çətin diplomatik maneələri aradan qaldıra bilməyib.

    Ağ Ev cümə günü açıqlayıb ki, ABŞ nümayəndə heyəti bu həftəsonu İslamabada səfər edəcək. Bununla belə, İran mediası Əraqçinin səfəri zamanı Vaşinqtonla birbaşa danışıqlar aparılacağı barədə yayılan məlumatları təkzib edib. Bu isə danışıqların gələcəyi ilə bağlı qeyri-müəyyənliyi artırır.//qafqazinfo
    PAYLAŞ:

    Oxşar xəbərlər