ABŞ-ın bu addımı məğlubiyyətin etirafıdır

ABŞ-ın bu addımı məğlubiyyətin etirafıdır
  • Maraqlı / Dünya

  • ABŞ ilə heç bir danışıqlar aparılmır. ABŞ müxtəlif vasitəçilərlə mesajlar göndərir. Vasitəçilər vasitəsilə mesaj mübadiləsi ABŞ-la danışıqlar demək deyil.

    "Leqal"  xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı deyib.

    “Biz müharibənin birdəfəlik dayandırılmasını və dağıntılara görə kompensasiyanın ödənilməsini tələb edirik. Onların indi danışıqlardan danışması məğlubiyyətin etirafıdır. Əvvəllər qeyd-şərtsiz təslim olmağı iddia etmirdilərmi? Bəs niyə indi yüksək vəzifəli şəxslərini danışıqlara səfərbər edirlər?", - XİN başçısı bildirib.

    "Dost hesab etdiyimiz bəzi ölkələr üçün Hörmüz boğazından keçməyə icazə verdik: Çin, Rusiya, Hindistan, İraq və Pakistan. Düşmənimizin Hörmüz boğazından keçməsinə icazə vermək üçün heç bir səbəb yoxdur. Düşmən bir daha hücuma cəsarət etməməsi üçün dərs çıxarmalıdır”, - Arakçı əlavə edib.

    Qeyd edək ki, ABŞ administrasiyası Yaxın Şərqdə davam edən münaqişənin həlli üçün 15 maddəlik “sülh planı” təqdim edib. İran isə Amerikanın təklifini rədd edərək Tehranın müəyyən etdiyi konkret 5 şərt irəli sürüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər