Türkiyədə yaşayış binasında yanğın - 15 nəfər tüstüdən zəhərləndi

Türkiyədə yaşayış binasında yanğın - 15 nəfər tüstüdən zəhərləndi
  • Maraqlı / Dünya

  • Türkiyənin Van vilayətinin Erciş rayonunda yaşayış binasının 6-cı mərtəbəsində yanğın baş verib.

    “Leqal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürənlər cəlb olunub.

    Yanğın zamanı tüstüdən zəhərlənən 15 nəfər xəstəxanaya yerləşdirilib.

    Yanğının səbəbinin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər