ABŞ-də məhbus güllələnərək edam ediləcək

ABŞ-də məhbus güllələnərək edam ediləcək
  • Maraqlı / Dünya

  • ABŞ-nin Cənubi Karolina ştatında 15 ildə ilk dəfə bir məhbus güllələnərək edam ediləcək.

    Leqal.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, edamın icrası martın 7-nə planlaşdırılır.
    Ətraflı

    Məlumata görə, 67 yaşlı Bred Siqmon elektrikli stul və yaxud inyeksiya ilə edam əvəzinə, özü bu metodu seçib. 

    Ümumilikdə 1967-ci ildən bu yana ABŞ-də bu üsulla 3 nəfər edam edilib. 

    Qeyd edək ki, Siqmon 2001-ci ildə beysbol çubuğu ilə sevgilisinin valideynlərini ölümcül döyüb. Daha sonra sevgilisini qaçırsa da, qadın qaçaraq xilas ola bilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər