Rəssam Akşin Balayev - Dünya şöhrətli fransız aktyoru Alain Delonun baraliyefini hazırlayıb

Rəssam Akşin Balayev -  Dünya şöhrətli fransız aktyoru Alain Delonun baraliyefini hazırlayıb
  • Maraqlı

  • Rəssam Akşin Balayev məşhur Fransız aktyoru, rejissor, prodüser, ssenarist  Alain Delonun baraliyefini ərsəyə gətirib.

    Akşinin emalatxanasıda dünya şöhrətli tanınmış şəxsiyyətlərin büstünə rast gəlmək olar. O, gününün çox hissəsini burada keçirir, yaradıcılıqla məşğul olur.

    1935-ci ildə dünyaya gələn Alen Delon 1957-ci ildən başlayaraq, kinoda şöhrət qazanıb. O, Lukino Viskonti və Mikelancelo Antonioni kimi böyük rejissorların filmlərində çəkilib, Romi Şnayder və Jan-Pol Belmondo ilə tərəf-müqabil olub, “Rokko və onun qardaşları”, “Macəraaxtaranlar”, “Leopard”, “Samuray”, “Zorro”, “Qara zanbaq”, “Yaramazın ölümü” və sair filmlərdə unudulmaz obrazlar yaradıb.

    Xatırladaq ki, aktyor 88 yaşında Fransanın Duşi kommunasındakı evində uşaqları və ailəsi əhatəsində dünyasını dəyişdiyi qeyd edilir.

    PAYLAŞ:

    Oxşar xəbərlər